MM-də yeni şöbə və sektor yaradıldı - Təyinatlar
Tarix: 03-05-2020 15:03 | Bölmə: Gündəm
MM-də yeni şöbə və sektor yaradıldı - Təyinatlar

Milli Məclisin yeni İcra Hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinə müdir və müavin təyin edilib.

Məlumata görə, Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni şöbəyə Rüstəm Mahmudov müdir, Teymur Tağıyev isə müavin təyin edilib.

Bundan əlavə, şöbənin nəzdində yeni Mərkəzi və Yerli İcra Hakimiyyətləri ilə iş sektoru yaradılıb. Həmin sektora isə Emin İmanov müdir təyin olunub.

Qeyd edək ki, buna qədər Rüstəm Mahmudov Milli Məclis Aparatının Beynəlxalq Münasibətlər şöbəsinin müdir müavini, Teymur Tağıyev həmin şöbənin Avropa ilə inteqrasiya sektorunun müdiri, Emin İmanov isə Ərazi vahidləri və bələdiyyələrin Dövlət reyestri sektorunun müdiri vəzifəsində çalışıblar/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər