Prezident Dövlət Vergi Xidməti rəisini və dörd müavinini vəzifəyə təyin və azad edəcək
Tarix: 12-05-2020 16:41 | Bölmə: Gündəm
Prezident Dövlət Vergi Xidməti rəisini və dörd müavinini vəzifəyə təyin və azad edəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasının təmin edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, İqtisadiyyat Nazirliyinin  strukturuna daxil olan qurumdur.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsində əksini tapıb.

Əsasnaməyə əsasən, Xidmətin fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir.

Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

Rəisin Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 4 müavini var. Rəisin müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər