ABŞ şəhərində 28 May - Azərbaycan Respublika Günü elan edilib - Foto
Tarix: 23-05-2020 11:36 | Bölmə: Gündəm
ABŞ şəhərində 28 May - Azərbaycan Respublika Günü elan edilib

ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Karlos Himenez 2020-ci ilin 28 may tarixini Azərbaycan Respublika Günü elan olunması ilə bağlı Bəyannamə imzalayıb.

Azərbaycan Respublikasının Vaşinqtondakı Səfirliyindən APA-ya verilən məlumata görə, ilk olaraq Mayami-Deyd şəhəri multimədəniyyət müxtəlifliyinə fərdlər və təşkilatların töhfəsini tanımağa səy göstərir. Belə ki, Amerikada yaşayan Azərbaycanlıların Floridada güclü iştirakı vurğulanaraq regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa töhvələri qeyd edilib.

K. Himenez dünyada 46 milyondan çox azərbaycanlının son 100 ildə 28 may tarixini əcdadların töhfələrini qeyd etmək üçün Azərbaycan Respublikası Günü qeyd etdiyini, o cümlədən bu cəmiyyəti təbliğ etmək üçün 2006-cı ilin 26 oktyabr tarixində yaradılan Azərbaycan-Amerika Mədəniyyət Assosiyasiyasının rolu xatırlanıb.

Daha sonra mətndə Azərbaycan Respublikasının universal səsvermə hüququnu təmin edən ilk dövlətlərdən biri olması və ABŞ da daxil olmaqla digər demokratik dövlətlər tərəfindən tanındığı yazılır.

ABŞ şəhərində 28 May - Azərbaycan Respublika Günü elan edilib

Bu hadisənin həm də Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.

Mer Himenez 28 may 2020-ci il tarixinin Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağa və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırış edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər