Müdafiə Nazirliyindən düşmənə xəbərdarlıq: "Daha dağıdıcı güc tətbiqi mütləq olacaq"
Tarix: 31-05-2020 13:19 | Bölmə: Gündəm
Müdafiə Nazirliyindən düşmənə xəbərdarlıq: "Daha dağıdıcı güc tətbiqi mütləq olacaq"

Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək". 

Reyting.az
xəbər verir ki, bu sözlər Azərbaycanın Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq: "Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq. Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik. Azərbaycan əsgəri silahının gücü ilə buna mütləq nail olacaqdır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər