Əli Əsədov AzTV-də karantinlə bağlı yeni qaydaları açıqlayacaq
Tarix: 04-06-2020 13:37 | Bölmə: Gündəm
Əli Əsədov AzTV-də karantinlə bağlı yeni qaydaları açıqlayacaq

Bu gün Baş Nazir Əli Əsədov dövlət televiziyasında çıxış edəcək.

Reyting.az
xəbər verir ki, çıxış Azərbaycan Televiziyası (AzTV) vasitəsilə saat 14:00-da yayımlanacaq.

Qeyd edək ki, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqdə koronavirus infeksiyasına yoluxmanın artması ilə əlaqədar Azərbaycanda yenidən məhdudlaşdırmanın tətbiqinə başlanılacağı bildirilib.

Qeyd olunub ki, Baş Nazirin çıxışında məhdudlaşdırmanın detalları ətraflı şəkildə elan ediləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}