Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub
Tarix: 17-10-2020 14:10 | Bölmə: Gündəm
Türkiyə və Azərbaycanın Müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akarla Azərbaycan Müdafiə Naziri Zakir Həsənov arasında telefon danışığı olub.

Məlumata görə, H. Akar Gəncədə mülki əhalinin yaşadığı yerləri hədəf alan Ermənistanı qınayıb: “Ermənistan müharibə cinayətlərini davam etdirir, atəşkəs, müzakirə çağırışı edənlər isə bunu uzaqdan seyr etməkdədir”.

H. Akar Füzulinin işğaldan azad olunması, Ermənistanın iki “Su-25” hərbi təyyarələrinin vurulması ilə bağlı həmkarını təbrik edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər