Ermənistanın hərbi cinayətləri AŞPA-da müzakirə olunacaq
Tarix: 30-10-2020 11:08 | Bölmə: Gündəm
Ermənistanın hərbi cinayətləri AŞPA-da müzakirə olunacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Piyer Alan Fridez mülki bölgələrə raket zərbələrini dayandırmağa çağırıb.

Reyting.az
-ın məlumatına görə, komitə sədrinin bununla bağlı bəyanatı AŞPA-nın rəsmi saytında yerləşdirilib.

Bəyanatda deyilir: “Mülki bölgələrə raket zərbələri dayandırılmalıdır. Azərbaycan şəhəri Bərdəyə zərbələrin endirilməsi, 21 nəfərin həlak olması fəlakətdir”.

Komitə sədri bəyanatda, həmçinin, münaqişənin humanitar nəticələrindən dərin naratlığını bildirib. O, vəziyyətin Avropa Şurasının 47 üzv dövlətini təmsil edən parlamentarilər tərəfindən diqqətlə izlənilməsi üçün məsələni rəhbərlik etdiyi komitənin gündəliyinə saldığını da qeyd edib.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinə 2015-2017-ci illərdə Milli Məclisin Sədri Sahibə Qafarova sədrlik edib.(APA)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər