16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olub - Yenilənib+
Tarix: 20-09-2022 00:35 | Bölmə: Gündəm
Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olub

Azərbaycan, Ermənistan və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Ceyhun Bayramov, Ararat Mirzoyan və Entoni Blinken arasında üçtərəfli görüş olacaq.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş rəsmi Vaşinqtonun təşəbbüsü ilə ABŞ-ın Nyu-York şəhərində keçiriləcək/Report.

Xatırladaq ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

***

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş başlayıb.

Bu barədə Ermənistan XİN məlumat yayıb.

***

“Ermənistan və Azərbaycan xarici işlər nazirlərinə bu görüş üçün təşəkkür edirəm. Mən son toqquşma zamanı həlak olanların doğmalarına və dostlarına səmimi başsağlığı verirəm”.


APA-nın xəbərinə görə, bunu ABŞ dövlət katibi Entoni Blinken üçtərəfli görüşdən sonra bildirib.

Blinken daha sonra qeyd edib: “Hər iki liderlə, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığımda onlar sülh üçün hazır olduqlarını bəyan ediblər.

Güclü, davamlı diplomatik çərçivədə işləmək hamı üçün ən yaxşı yoldur. Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarının hərbi yolla həlli yoxdur, lakin fikir ayrılıqlarını diplomatiya yolu ilə həll edən davamlı sülhə aparan yol var”.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}