14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ərdoğan: “Cənubi Qafqazda durum hələ də kövrəkdir”
Tarix: 11-11-2022 09:57 | Bölmə: Gündəm
Ərdoğan: “Cənubi Qafqazda durum hələ də kövrəkdir”

"Azərbaycanın bütün səylərinə baxmayaraq, Cənubi Qafqazda durum hələ də kövrəkdir. Sülh axtarışında Azərbaycanın yanındayıq".

Reyting.az
-ın xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

Dövlət başçısı Azərbaycanı Qarabağda qazandığı Qələbənin ikinci ildönümü münasibətilə bir daha təbrik edib:

"Fürsətdən istifadə edib Azərbaycanın Zəfər Günü münasibətilə qardaşım İlham Əliyev başda olmaqla Azərbaycanı bir daha təbrik edirəm".

Ərdoğan bu il müstəqilliklərinin otuzuncu ildönümünü qeyd edən bütün dost və qardaş ölkələri təbrik edib.

Türkiyə lideri vurğulayıb ki, indi dünyada həssas məqamdır: “Ukraynada davam edən müharibənin ədalətli sülhlə bitməsi üçün səylərimizi davam etdiririk".(Report)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}