14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
İlham Əliyev: “İstanbuldakı partlayışda insanların həlak olmasından sarsıldıq”
Tarix: 13-11-2022 20:44 | Bölmə: Gündəm
İlham Əliyev: “İstanbuldakı partlayışda insanların həlak olmasından sarsıldıq”

Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Reyting.az
xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}