18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycan və İranın XİN rəhbərləri iki ölkə arasındakı münasibətləri müzakirə ediblər
Tarix: 14-11-2022 22:56 | Bölmə: Gündəm
Azərbaycan və İranın XİN rəhbərləri iki ölkə arasındakı münasibətləri müzakirə ediblər

14 noyabr 2022-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Bildirilir ki, nazirlər ikitərəfli gündəliyin aktual məsələlərini, habelə regional vəziyyəti müzakirə ediblər.

Tərəflər iki ölkə arasında münasibətlərdə yaranmış son vəziyyətin, ictimai ritorika ilə bağlı narahatlığın və digər mövcud problemlərin qarşılıqlı dialoq və anlaşma çərçivəsində həll edilməsinin zəruri olduğunu bildiriblər. Bu xüsusda, Xarici İşlər Nazirliklərinin mətbuat katibləri arasında əlaqə yaradılmasının faydalı ola biləcəyi diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, nazirlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb və təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər