Müdafiə Nazirliyində struktur dəyişikliyi edilib
Tarix: 13-12-2022 19:48 | Bölmə: Gündəm
Müdafiə Nazirliyində struktur dəyişikliyi edilib

Müdafiə Nazirliyində strukturunda hərbi-texniki təchizat üzrə nazir müavini postu yaradılıb.

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 09.12.2022-ci il tarixli sərəncamla həmin vəzifəyə Qurbanov Aqil Səlim oğlunu təyin eib.

Qeyd edək ki, Qurbanov Aqil Səlim oğlu 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub.

2004-2008-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında bakalavr təhsili alıb.



O, 2012-2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin magistraturasında oxuyub.

2015-2019-cu illərdə "PAŞA Holding” MMC-də investisiyalar üzrə direktor olub.

Daha sonra "Sumqayıt Texnologiyalar Parkı”nın Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}