BQXK-nın maşınları Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər - Yenilənib
Tarix: 19-12-2022 14:08 | Bölmə: Gündəm
BQXK-nın maşınları Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərinin hərəkət etməsinə şərait yaradılıb.

Reyting.az
xəbər verir ki, nəqliyyat vasitələri Xankəndidən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Avtomobillərin arasında təcili tibbi yardım avtomobili də var.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.


***

Bu gün Beynəlxalq Qırmız Xaç Komitəsi (BQXK) 1 nəfər xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndindən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.

Reyting.az
xəbər verir ki, müraciətə dərhal cavab verilib və keçid uğurla təşkil olunub.

Nəticədə BQXK-nın maşınları və ermənilərə məxsus təcili yardım avtomobili Xankəndidən Laçın istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}