23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Prezident generalı rəis təyin edib - Sərəncam
Tarix: 20-12-2022 15:46 | Bölmə: Gündəm
Prezident generalı rəis təyin edib

Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi Aqil Babayev vəzifəsindən azad edilib.

Reyting.az
xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi vəzifəsinə Azər İbrahimov təyin edilib.

Xatırladaq ki, Azər Oqtay oğlu İbrahimov bu vəzifəyə təyin edilənə qədər Dövlət Sərhəd Xidmətində Baş İdarə rəisi vəzifəsində işləyib.

Prezident İlham Əliyevin sərəncamı ilə ona 16 avqust 2018-ci ildə general-mayor rütbəsi verilib. “Azərbaycan bayrağı”, “Hərbi xidmətlərə görə” və s. orden-medallarla təltif edilib. Azər İbrahimovun 44 günlük Vətən müharibəsində döyüşdüyü və Cəbrayıl istiqamətində düşmənə qarşı əməliyyatlarda fərqləndiyi bildirilir. O, prezidentin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə də təltif edilən generallardan biridir.

Akademiyanın sabiq rəisinə gəldikdə isə, Aqil Babayevə DSX-nin Aparatında başqa vəzifə verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}