11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Raket və Artilleriya Qoşunları təlimlərə başlayıb - Video
Tarix: 21-12-2022 10:25 | Bölmə: Gündəm
Raket və Artilleriya Qoşunları təlimlərə başlayıb

Cari il üzrə döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir.

Reyting.az
Müdafiə Nazirliyinə isdtinadla xəbər verir ki, plana uyğun olaraq bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq ərazidə açılma, atəş mövqeyinin tutulması və texnikaların döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.

Təlimin keçirilməsində əsas diqqət raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsinə yönəldilib.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin sərrast atəşlə məhv edilməsi üzrə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilib.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}