Mədəniyyət nazirinə birinci müavin təyin edilib, nazirin səlahiyyətləri ona tapşırılıb
Tarix: 22-12-2022 13:01 | Bölmə: Gündəm
Mədəniyyət nazirinə birinci müavin təyin edilib, nazirin səlahiyyətləri ona tapşırılıb

Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Reyting.az
xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla, Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini Adil Qabil oğlu Kərimliyə həvalə edilib.

Qeyd edək ki, A.Q.Kərimli bu təyinata qədər Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsində çalışıb. Prezidentin digər sərəncamı ilə A.Q.Kərimli bu vəzifədən azad edilib.

***

Onu da diqqətinizə çatdırırıq ki, A. Kərimli Bakı Dövlət Universitetində Hüquq fakültəsinin həm bakalavr, həm də magistr pillələrini bitirib.

Daha sonra Bakı Dövlət Universitetində cinayət hüququ ixtisaslaşması üzrə doktorantura təhsili alaraq, hüquq üzrə fəsəfə doktoru elmi dərəcəsinə yiyələnib.

O, doktorantura işi üçün "Qəsdən adam öldürmə cinayətlərinin tövsüfündə motivin yeri və rolu" adlı dissertasiya işi müdafiə edib.

Bunun ardınca İtaliyada "Beynəlxalq və transmilli cinayətlər" istiqaməti üzrə ixtisaslaşma kursu keçib.

Daha sonra 4 il "Pro Bono" Vəkil Bürosunda vəkil işləyib.

A. Kərimli 2010-cu ildə Azərbaycanın "Eurovision" yarışmasındakı nümayəndə heyətinin rəhbəri olub.

Prezident İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

İngilis və rus dillərini bilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər