Əli Əsədov Rusiyanın baş naziri ilə müzakirə aparıb
Tarix: 23-12-2022 21:30 | Bölmə: Gündəm
Əli Əsədov Rusiyanın baş naziri ilə müzakirə aparıb

Azərbaycanın Baş naziri Əli Əsədov rusiyalı həmkarı Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli iqtisadi layihələri müzakirə ediblər.

Bu barədə Rusiya hökuməti məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı qarşılıqlı maraq doğuran iqtisadi layihələr üzrə birgə işin intensivləşdirilməsi barədə razılıq əldə olunub.

Hökumət başçıları ticarət-iqtisadi, elmi-texniki sahələrdə əməkdaşlığın qurulmasının aktual məsələlərini nəzərdən keçiriblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər