Nazirlər Kabineti xidmət haqları ilə bağlı qərar verib
Tarix: 26-12-2022 14:17 | Bölmə: Gündəm
Nazirlər Kabineti xidmət haqları ilə bağlı qərar verib

Nazirlər Kabineti “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturunun avadanlığından tədqiqatçıların istifadəsinə görə ödənilən xidmət haqqı"nı təsdiq edib.

Reyting.az
 xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, xidmət haqları ali təhsil müəssisələri, elmi müəssisə və təşkilatlarında mövcud olan tədqiqat infrastrukturlarının avadanlıqlarından istifadəyə görə 250-ə yaxın xidmət növünü əhatə edəcək.

Bildirilib ki, xidmət haqqının təsdiq edilən normaları sınaqların həcmi, onların aparılması üçün iqtisadi cəhətdən əsaslandırılmış əməyin qiymətləndirilməsi, sərfiyyat materialları, əsas vəsaitlərin amortizasiyası, rabitə, nəqiyyat, kommunal və ezamiyyət xərcləri nəzərə alınmaqla hesablanıb. Xidmət haqqının vahid qaydada formalaşdırılmasına dair normativ hüquqi sənədin qəbul edilməsi elmi-tədqiqat fəaliyyətini həyata keçirən müəssisə və təşkilatların, alim və tədqiqatçıların tədqiqat infrastrukturunun xidmətlərindən vaxtında, çevik və səmərəli istifadəsinə zəmin yaradacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər