Olimpiya çempionu Rusiyaya qayıtmaq istəyir
Tarix: 10-10-2024 13:46 | Bölmə: İdman
Olimpiya çempionu Rusiyaya qayıtmaq istəyir

Olimpiya çempionu Yuliya Paxalina ABŞ-dan Rusiyaya qayıtmaq arzusundan danışıb. Onun sözlərini TASS sitat gətirir.

Reyting.az
-ın məlumatına görə, keçmiş idmançı məşqçilik etməyi çox istədiyini, lakin ABŞ-da müəyyən şərtlərə uyğunlaşmalı olduğunu söyləyib. O, Rusiyada ona normal maaş təklif edilsə, məmnuniyyətlə Moskvaya köçəcəyini bildirib.

Xatırladaq ki, Paxalina 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında üç metrlik tramplinlə suya tullanmada qızıl medal qazanıb. O, həmçinin 2004 və 2008 Olimpiya Oyunlarında üç gümüş və bürünc mükafat əldə edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
11-10-2024, 13:33 Mesut Özil Bakıya gəlib
10-10-2024, 18:01 Millimiz məğlub olub

{sape_links}{sape_article}