"Qarabağ" klubu: "Sadiq Məmmədzadənin transferi mümkün olmayıb"
Tarix: 25-02-2025 12:18 | Bölmə: İdman
"Qarabağ" klubu: "Sadiq Məmmədzadənin transferi mümkün olmayıb"

"Qarabağ" qapıçısı Sadiq Məmmədzadənin Serbiyanın İMT klubuna mümkün keçidinə münasibət bildirib.

Reyting.az-
ın məlumatına görə, Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Report"a açıqlamasında 18 yaşlı qolkiperin sözügedən komandada bir həftə baxışda olduğunu söyləyib.

Klub rəsmisi gənc oyunçunun gələcək taleyi ilə bağlı danışıb:

"Sadiq Məmmədzadə hazırda "Qarabağ"ın futbolçusudur. O, bir həftə sözügedən klubda baxışda olub. Bildiyimiz qədər bəyənilib. Sadəcə, indiki məqamda keçid reallaşmayıb. Bu məsələ yay transfer dönəmində gerçəkləşə bilər".

Qeyd edək ki, "Səbail"in yetirməsi olan Sadiq Məmmədzadə ötən yay "Qarabağ"a keçib. İMT 16 komandanın çıxış etdiyi Serbiya Superliqasında 24 turdan sonra 26 xalla 14-cü pillədə qərarlaşıb.




Bölməyə aid digər xəbərlər