14:41 / 22-10-2025
Yeni medal təsis edilib
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
Tarix: 22-10-2025 16:05 | Bölmə: İdman
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasında keçirdiyi ardıcıl üçüncü oyunda məğlub olub.

Məlumata görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv III turda İspaniyanın "Atletik" kollektivinin qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 əvvəlki iki matçda da məğlub olub. Ağdam təmsilçisi Portuqaliyada "Benfika"ya 1:7, Bakıda Danimarkanın "Kopenhagen" komandasına 0:5 hesabı ilə uduzub.




Bölməyə aid digər xəbərlər