14:41 / 22-10-2025
Yeni medal təsis edilib
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"
Tarix: 23-10-2025 00:01 | Bölmə: İdman
Qurban Qurbanov: "Futbolçularımız üçün bu, asan deyildi"

"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib.

Reyting.az
xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə 3-1 hesablı məğlubiyyətdən sonra keçiriləna mətbuat konfransında deyib.

O, ispan komandasını ilk qələbə münasibətiylə təbrik edib: "Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı, məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub saxladılar. Futbolçularımız üçün bu, asan deyildi".

Qurbanov deyib ki, "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq: "Nəticədə üçüncü qolu qapımızda gördük".




Bölməyə aid digər xəbərlər