Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb
Tarix: 28-10-2025 10:44 | Bölmə: İdman
Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb

Azərbaycan yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransaya qarşı keçirəcəyi oyunlar üçün biletlər satışa çıxarılıb.

Reyting.az
xəbər verir ki, biletlər İticket.az saytı vasitəsiylə satılır.

Qeyd edək ki, Azərbaycan – İslandiya oyunu noyabrın 13-ü saat 21:00-da 8-ci km qəsəbə stadionunda, Azərbaycan – Fransa matçı isə noyabrın 16-sı saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




Bölməyə aid digər xəbərlər