20:08 / 06-07-2025
BRICS Sammiti başlayıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
“Liverpul”dan səfərdə inamlı qələbə
Tarix: 05-05-2019 01:14 | Bölmə: İdman
“Liverpul”dan səfərdə inamlı qələbə

İngiltərə çempionatının 37-ci turunda “Liverpul” səfərdə “Nyukasl”ı 3:2 hesabı ilə məğlub edib.

Reyting.az-ın verdiyi xəbərə görə, qonaqların qələbə qolunu 86-cı dəqiqədə belçikalı hücumçu Divok Oriqi vurub.

Yurqen Kloppun komandası bu qələbədən sonra 94 xal toplayıb vəbirinci yerə yüksəlib. “Nyukasl” 42 xalla 12-ci sıradadır.

Öz meydanında “Kristal Pelas”a 2:3 hesabı ilə məğlub olan “Kardiff” “Haddersfild”in ardınca Premyer liqanı tərk edəcək növbəti klubdur. Bu üçlükdə “Fulhem” də var.

Reyting.az




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib