Sanki bir mələk… - Din xadimi yazır
Prezident komitə sədrini icra başçısı təyin edib - Sərəncam
Professor: Ramiz Mehdiyevin qorxulu şəbəkəsi var idi
Azərbaycandan Ermənistana nümayəndə heyəti gedib - Video
Din xadiminin təşəbbüsünə dəstək verənlər artır
Toyota Bakı Mərkəzinin baş direktorunun meyiti tapılıb
Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb
Prezident Ekologiya və təbii sərvətlər naziri təyin edib - Sərəncam
Ərdoğanın siyasi varisi oğlu Bilal ola bilər
Prezident bir qrup şəxsə ali xüsusi rütbələr verib - Sərəncam
Əliyevin Vens ilə görüşü keçirilib - (Yenilənib) - Foto
Tarix: 12-02-2026 10:33 | Bölmə: İdman

Çinin "Agibot" şirkəti Şaolin əlbəyaxa döyüş sənəti məbədindən çəkilmiş yeni videolar və fotolar paylaşıb. Kadrlardan göründüyü kimi şirkətin istehsal etdiyi bu humanoidlər döyüş sənətinin ustad rahibləri ilə birlikdə kunq-fu fəndlərini yüksək sinxronluq, eyni zamanda dəqiqliklə icra edirlər.
Reyting.az-ın məlumatına görə, "Lingxi X2" robotları süni intellektin "Genie Operator-1" modeli əsasında ona tapşırılan işi icra edir ki, bu texnologiya da robotlara əvvəlcədən xüsusi təlim olmadan istənilən hərəkətləri anlamağa və tapşırıqları yerinə yetirməyə, eyni zamanda, qrup halında sinxron fəaliyyət göstərməyə imkan verir.
Mütəxəssislərin fikrincə, "GO-1" modeli "latent hərəkətlər" mexanizmi sayəsində insan hərəkətlərini vizual analiz vasitəsilə öyrənir və bu xüsusi bacarıq humanoid robotların real mühitdə insanı təqlid etmək, həmçinin müxtəlif davranışları qavramaq imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Şirkətdən bildiriblər ki, bu baxımdan Şaolin məbədinin seçilməsi də simvolik bir xarakter daşıyır, çünki bu qədim Çin döyüş sənəti məkanı əsrlər boyu kunq-funun və fiziki-intellektual nizam-intizamın mərkəzi kimi tanınıb.
"Agibot" şirkətinin təmsilçiləri qeyd ediblər ki, Şaolin məbədi tək döyüş sənəti ocağı deyil, bu qədim, xüsusi ənənələrə malik olan məkan eyni zamanda cəmiyyətə mükəmməl insan, həyatın və əbədiyyətin fəlsəfəsini dərk edə bilən çoxlu sayda şəxsiyyətlər bəxş edən müdriklərin məktəbidir.
Qeyd edək ki, Çinin döyüş sənəti ustadları arasında bəziləri ümumiyyətlə robotlara belə hazırlıq keçirilməsinin, xüsusilə, Şaolin məbədində döyüş sənətinin sirlərinin bu humanoidlərə öyrədilməsinin əleyhinə olduğunu deyiblər.
Oqtay QORÇU
Bölməyə aid digər xəbərlər















Qüdrət Həsənquliyev deyir ki, əgər İranda azərbaycanlılar etnik təmizləmə ilə üzləşsələr, Azərbaycan onları ya silahlandırmalı, ya da öz nizami ordusu ilə kömək etməlidir
Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək