"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib
Tarix: 12-02-2026 13:17 | Bölmə: İdman

"Sumqayıt" heyətinə daha bir futbolçu cəlb edib

"Sumqayıt" klubu heyətinə yeni futbolçu cəlb edib.

Məlumata görə, "gənclik şəhəri" təmsilçisi Burkina Fasodan olan yarımmüdafiəçi Sedrik Badolo ilə anlaşıb.

27 yaşlı oyunçu ilə rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, Sedrik Badolo son olaraq Slovakiyanın "Spartak" (Trnava) klubunun formasını geyinib. O, Burkina Faso millisinin də üzvüdür.





Bölməyə aid digər xəbərlər