16:39 / 28-11-2024
Sabah qar yağacaq
Dünyanın ən bahalı futbol brendi açıqlandı
Tarix: 16-05-2019 16:55 | Bölmə: İdman
Dünyanın ən bahalı futbol brendi açıqlandı

Madridin “Real” futbol klubu “İngiltərənin “Mançester Yunayted”inin geridə qoyaraq dünyanın ən bahalı futbol brendi olub.

Reyting.az
bildirir ki, bu barədə Brand Finance konsaltinq şirkətini məlumat yayıb.

İspaniya komandasının dəyəri bi ildə 27 faiz yüksələrək 1,646 milyard avroya yaxın təşkil edib. Son 5 ildə Madrid klubu 4 dəfə Çempionlar liqasının qalibi olub. “Real” Brand Financenin reytinqində sonuncu dəfə 2010-cu ildə birinci yeri tutmuşdu.

“Mançester Yunayted” brendinin dəyəri son ildə 5,8 faiz azalıb və indi 1,472 milyard avrodur. Bu göstəricinin aşağı düşməsi ilk dəfə 2016-cı ildə qeydə alınıb.

Ümumilikdə reytinqdəki ilk onluq 2018-ci illə müqayisədə dəyişməyib: bura İngilrənin 6, İspaniyanın 2, Almaniya və Fransanın hərəsinin bir klubu daxil olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər