Almeyda Türkiyəyə baş məşqçi kimi dönüb - Foto
Tarix: 25-08-2025 00:03 | Bölmə: İdman
Almeyda Türkiyəyə baş məşqçi kimi dönüb

Vaxtilə "Beşiktaş"da hücumçu kimi forma geyinən məşhur portuqaliyalı Uqo Almeyda bu dəfə Türkiyəyə baş məşqçi kimi qayıdıb.

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, o, 1-ci Liqa təmsilçisi "Hatayspor"un baş məşqçi təyin edilib.

Məlumata görə, Murat Şahinlə yollarını ayıran kluub Uqo Almeyda ilə bir illik müqavilə imzalayıb.

Xatırladaq ki, karyerası ərzində "Beşiktaş"ın heyətində 110 matça çıxan Uqo Almeyda 49 qol vurub, 17 məhsuldar ötürmə edib.

Azər
Reyting.az






Bölməyə aid digər xəbərlər