"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb
Tarix: 23-08-2025 18:02 | Bölmə: İdman
"Qarabağ" - "Ferentsvaroş" oyununa 30 minə yaxın bilet satılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununa satılan bilet sayı açıqlanıb.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevin məlumatına görə, qarşılaşmaya 30 minə yaxın bilet satılıb.

Yaxın müddət ərzində biletlərin tükənməsi istisna edilmir.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Səfərdə gerçəkləşən ilk oyunda "köhlən atlar" qələbə qazanıb - 3:1.




Bölməyə aid digər xəbərlər