23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
"Barselona"nın baş məşqçisi göndərilməyəcək
Tarix: 16-05-2019 20:11 | Bölmə: İdman
 "Barselona"nın baş məşqçisi göndərilməyəcək

İspaniyanın "Barselona" klubu baş məşqçi Ernesto Valverdenin komandadan göndəriləcəyi ilə bağlı iddialara münasibət bildirib.

Bu barədə Kataloniya təmsilçisinin prezidenti Xosep Bartomeu açıqlama verib.

O, Direktorlar Şurasının 55 yaşlı mütəxəssisi dəstəklədiyini deyib. Bartomeu Valverdenin kollektivə lazım olduğunu söyləyib: "Onun klubla müqaviləsi var və məşqçinin işindən məmnunuq".

Qeyd edək ki, "Barselona" Ernesto Valverdenin rəhbərliyi altında ardıcıl iki mövsüm La Liqanın qalibi olub. Komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Liverpul"a 4:0 (ilk oyun 3:0) hesabı ilə uduzaraq finala çıxa bilməyib/Report.




Bölməyə aid digər xəbərlər
23-02-2024, 09:36 Obameyanq tarix yazıb

{sape_links}{sape_article}