16:39 / 28-11-2024
Sabah qar yağacaq
Alleqrinin “Yuventus”dan nəyə görə getdiyi məlum oldu
Tarix: 18-05-2019 15:56 | Bölmə: İdman
Alleqrinin “Yuventus”dan nəyə görə getdiyi məlum oldu

“Yuventus”un rəsmi saytı baş məşqçi Massimiliano Alleqrinin mövsümün sonunda komandanı tərk edəcəyi ni açıqlamışdı.

Reyting.az xəbər verir ki, mütəxəssis 2020-ci ilin yayına qədər müqavilə imzalamaqdan imtina edib.

“La Gazzetta dello Sport”iun məlumatına görə, Alleqri yeni müqavilədəki illik əmək haqqını 7,5 milyon avrodan 10 milyon çox miqdara qədər artırılmasını xahiş edib. Klubla məşqçi arasındakı danışıqlar isə uğurlu nəticələnməyib.

Alleqrinin öz postundan gedişinin ikinici səbəbi “Yuventus” rəhbərliyi ilə fikir ayrılığı olub. 51 yaşlı mütəxəssisin fikrincə, Çempionlar liqasında qələbə uğrunda mübarizə aparmaq üçün komandanı gücləndirmək lazımdır. Ancaq Pavel Nedved və Fabio Paratiçi onun bu mövqeyini bölüşməyiblər.

Bundan əlavə, Alleqri Nedved və Paratiçinin Çempionlar liqasının ¼ finalında “Atletiko” ilə birinci oyundan (0:2) sonrakı davranışlarından razı qalmayıb. Turin klubunun rəhbərləri prezident Andrea Anelliyə sübut ediblər ki, Alleqrinin zamanı başa çatıb.

Sonunsu səbəb odur ki, Klubun xüsusilə Çempionlar liqası ilə bağlı komandaya böyük təzyiq göstərməsi olub.

“Yuventus” Alleqrinin vaxtında 5 dəfə İtaliya çempionu olub, 4 dəfə ölkə Kubokunu və 2 dəfə Superkuboku qazanıb. Turinlilər 2017-ci ildə Çempionlar liqasının finalında “Real”a 1:4 hesabı ilə uduzublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər