23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
“Barselona”nın oyunçuları Qrizmannı istəmirlər
Tarix: 18-05-2019 16:10 | Bölmə: İdman
“Barselona”nın oyunçuları Qrizmannı istəmirlər

Bu həftə məlum oldu ki, hücumçu Antuan Qrizmann mövsümün sonunda “Atletiko”nu tərk edəcək.

Reyting.az xəbər verir ki, 28 yaşlı fransalının “Barselona”ya keçidinin yaxın olduğu da bildirilir.

“Sport es”in məlumatına görə, “Barselona” futbolçuları Qrizmannı komandada görmək istəmirlər.

Kataloniya klubunun oyunçuları xatırlayırlar ki, Qrizmann 2018-ci ildə “Barselona”yakeçə bilərdi, ancaq nəticədə “Atletiko”da qalıb.

“Barselona” futbolçularının fikrincə, fransalı hücumçu “Atletiko”ya qarşı yaxşı hərəkət etməyib, Kataloniya klubunda da özünü belə aparacaq.

Qrizmann 2014-cü ildən “Atletiko”da 256 oyun keçirib, 133 qol vurub və 50 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}