Azar “Borrusiya”ya transfer oldu - Müqavilə
Tarix: 22-05-2019 15:44 | Bölmə: İdman
Azar “Borrusiya”ya transfer oldu

Dortmundun “Borrusiya”sı Münhenqladbahın eyniadlı klubunun yarımmüdafiəçsi Torqan Azarın keçidini elan edib.

Reyting.az xəbər verir ki, Belçika millisinin də 26 yaşlı oyunçusu yeni klubu ilə 2024-cü ilin yayına qədər müqavilə imzalayıb.

Onun keçidinin Dortmund klubuna 25 milyon avroya başa gəldiyi bildirilir.

Qeyd edək ki, Torqan Azar “Çelsin”nin tanəınmış yarımmüdafiəçisi Eden Azarın kiçik qardaşıdır.

Torqan başa çatan Almaniya çempionatında 33 oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə verib.

Bu arada ilin ən gözlənilməz transferinin – Eden Azarın “Çelsi”dən “Real”A 115 milyon avroya keçidi yəqin ki, baş tutmayacaq.

Buna səbəb FİFA-nın İngiltərə klubunun yaxın iki transfer pəncərəsində oyunçu almasına qoyulan qadağa ilə bağlı apellyasiyanın rədd edilməsidir.

Beləliklə, “Çelsi”nin əvəz etmək imkanı olmadığı lideri ilə yollarını ayırması mümkün görünmür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}