Qrizmannın “Barselona”ya keçəcəyi təsdiqləndi
Tarix: 13-06-2019 02:48 | Bölmə: İdman
Qrizmannın “Barselona”ya keçəcəyi təsdiqləndi

“Atletiko”nun hücumçusu Antuan Qrizmann “Barselona”nın oyunçusu olacaq.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, jurnalist Fabrisio Romanonun xəbərinə görə, bu informasiyanı Madrid klubunun icraçı direktoru Miqel Anxel Xil Martin təsdiqləyib.

“Biz mart ayından bilirik ki, Qrizmann “Barselona”ya keçəcək”, - “Atletiko”nun rəhbəri vurğulayıb.

Xatırladaq ki, 28 yaşlı fransalı may ayında mövsümlərarası klubdan gedəcəyini elan edib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}