14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
“Yuventus” Poqbanı geri qaytarmaq istəyir
Tarix: 13-06-2019 21:10 | Bölmə: İdman
“Yuventus” Poqbanı geri qaytarmaq istəyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba yaxın zamanda “Yuventus”un oyunçusu olacaq.

Reyting.az bildirir ki, “Sky Sport Italia”nın informasiyasına görə, “Yuventus”un idman direktoru Fabio Paratiçi agenti ilə Pol Poqbanın Turin klubuna keçidini müzakirə etmək üçün Londona gedib.

Məlumata görə, danışıqlar ilkin məhrələdədir. Tərəflər indi transferdə “Yuventus”un müdafiəçisi Joau Kanselunun qarşı tərəfə verilməsi variantını müzakirə edirlər.

26 yaşlı Poqba artıq “Yuventus”da oynayıb və 2016-cı ildə 105 milyon avroya oradan “Mançester Yunayted”ə keçib. Fransalı ötən mövsüm İngiltərə klubunda 47 oyunda 16 qol vurub və 11 məhsuldar ötürmə verib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}