17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
PSJ-nin prezidenti klubda “ulduz” futbolçu görmək istəmir
Tarix: 17-06-2019 01:31 | Bölmə: İdman
PSJ-nin prezidenti klubda “ulduz” futbolçu görmək istəmir

Fransanın “Pari Sen-Jermen” klubunun prezidenti Nasser Əl-Helaifi deyib ki, artıq komandada “ulduz” futbolçu alınmasını istəmir.

Reyting.az xarici mətbuata istinadla bildirir ki, PSJ 2018/19-cu il mövsümündə vaxtından əvvəl Fransa çempionu olub, ancaq Çempionlar liqasının 1/8 finalında iki görüşün nəticəsinə görə, İngiltərənin “Mançester Yunayted” klubuna uduzub.

“Mən artıq “ulduz” görmək istəmirəm. Mən başa düşdüm ki, dəyişiklik qaçılmazdır, əks halda dalana dirənəcəyik. Oyunçular özlərinə əvvəlkindən daha çox məsuliyyətli olmalıdırlar. Hər şey tamamilə fərqli olacaq. Onlar daha çox işləməlidirlər. Onlar burada həzz almaq üçün deyillər. Əgər kimsə razı deyilsə, qapılar açıqdır. Çao!”- prezident vurğulayıb.

May ayında KİV-lərdə xəbər verilirdi ki, PSJ-nin mənsub olduğu Qətərin Qatar Sports Investments şirkəti Fransa futbol klubunun maliyyələşməsini azalda bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}