07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qurbanovdan püşkə reaksiya: "Bizi çətin qarşılaşmalar gözləyir"
Tarix: 18-06-2019 17:27 | Bölmə: İdman
Qurbanovdan püşkə reaksiya: "Bizi çətin qarşılaşmalar gözləyir"

"Hər zamankı kimi, ciddi rəqiblə qarşılaşacağıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatması nəticəsində rəqib olduqları Albaniya "Partizani"si barədə danışarkən deyib.

47 yaşlı mütəxəssis bildirib ki, Albaniya klubları çox intizamlı oyun göstərirlər: "Bizi çətin qarşılaşmalar gözləyir. Bildiyim qədər, komandanı yeni baş məşqçi çalışdıracaq. Bizim üçün tanış olmayan rəqib olacaq, keçən mövsümki komandayla bu ilki arasında fərq çox olacaq, həm məşqçi dəyişikliyi, həm də ola bilər ki, yeni transferlər. Həddindən artıq ciddi və diqqətli olmalıyıq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}