16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
FIFA Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək
Tarix: 20-06-2019 15:10 | Bölmə: İdman
FIFA Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək

FIFA yaxın vaxtlarda Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək.

“Reuters” xəbər verir ki, bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, qurumdakı korrupsiya qalmaqalları üzündən bu cür addım atılıb.

Afrika futbolundakı problemlərlə FIFA-nın baş katibi Fatma Samuranın məşğul olacağı gözlənilir.

Qeyd edək ki, FIFA-nın Etika Komitəsi korrupsiyada ittiham olunan CAF-ın hazırkı prezidenti Əhməd Əhməd barəsində araşdırma aparır. İyunun 21-də Misirin paytaxtı Qahirədə Afrika Millətlər Kuboku start götürəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}