“Minsk 2019”: Azərbaycanın daha bir boksçusu 1/4 finala vəsiqə qazanıb
Tarix: 25-06-2019 17:19 | Bölmə: İdman
“Minsk 2019”: Azərbaycanın daha bir boksçusu 1/4 finala vəsiqə qazanıb

Azərbaycan boksçusu Alfonso Dominges “Minsk 2019” II Avropa Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda belaruslu Mixail Dolqolevetslə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

Dominges 1/4 finalda El Mohor (Belçika) - Yan Muzik (Çexiya) cütünün qalibi ilə döyüşəcək. Boksçu 1/16 finalda ukraynalı Stepan Qrekulanı mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, bu gün Cavid Çələbiyev (60 kq) moldovalı Dorin Buskanı məğlub edərək 1/4 finala yüksəlib.




Bölməyə aid digər xəbərlər
16-01-2025, 16:26 Rafael Ağayev istefa verib
22-12-2024, 15:57 "Sabah" "Şamaxı"ya uduzub