Cənnətov milliyə çağırıldı
Tarix: 06-10-2019 19:02 | Bölmə: İdman
 Cənnətov milliyə çağırıldı

Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqanın 7-ci turunda keçirilmiş “Neftçi” – “Səbail” oyununda zədələnən Səlahət Ağayev millinin heyətindən çıxarılıb.

Onun əvəzində millinin heyətinə “Sumqayıt” klubundan Mehdi Cənnətov dəvət olunub.

Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq. Bundan 4 gün əvvəl – oktyabrın 9-da isə Bəhreyn yığması ilə yoxlama oyunu baş tutacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}