12:08 / 28-11-2024
Sabah yağış yağacaq
09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Azərbaycan idmançısı 12 il müddətinə diskvalifikasiya olunub
Tarix: 26-12-2019 12:20 | Bölmə: İdman
Azərbaycan idmançısı 12 il müddətinə diskvalifikasiya olunub

2019-cu ildə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) milli səviyyədə 1350 test keçirib. 

Bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli keçirdiyi mətbuat konfransında bildirib. O deyib ki, testlərdən 549-u yarış müddətində, 801-i yarışdan kənar müddətdə aparılıb. 2018-ci ildə yoxlama sayı 863, 2017-ci ildə 435 olub. Beləliklə, bu il test sayı əvvəlki illə müqayisədə 56,4 faiz, 2017-ci ilə nəzərən 3,1 dəfə artıb.

Bu il 16 antidopinq qayda pozuntusu aşkarlanıb. Lakin hələ araşdırmalar davam edir və tam dəqiq rəqəm 2020-ci ilin ilk aylarında məlum olacaq. 2018-ci ildə bu rəqəm 27, 2017-ci ildə 22 olub.

Antidopinq pozuntularından 4-ü ağırlıqqaldırma, 4-ü boks, hərəyə 2-si karate və güləş, hərəyə 1-i atıcılıq, sambo, cüdo və atletika növündə olub.

Hüseynlinin sözlərinə görə, bir idmançıya 12 illik diskvalifikasiya tətbiq olunub. Lakin o, həmin idmançının adını və təmsil etdiyi növü açıqlamayıb və hazırda işin apellyasiya prosesində olduğunu bildirib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər