Milli komandamızın daha bir rəqibi bəlli olub
Tarix: 27-12-2019 16:21 | Bölmə: İdman
Milli komandamızın daha bir rəqibi bəlli olub

Azərbaycan milli komandası Malta ilə yoldaşlıq oyunu keçirəcək.

Reyting.az
xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Görüş gələn il martın 30-da olacaq.

Matçın keçiriləcəyi stadion və başlanma vaxtı ilə bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, yığmamız mayda Türkiyə ilə də yoldaşlıq oyunu keçirəcək. Matçın dəqiq vaxtı hələlik açıqlanmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}