“Qarabağ”ın oyunçusu milliyə dəvət olunub
Tarix: 22-01-2020 11:57 | Bölmə: İdman
“Qarabağ”ın oyunçusu milliyə dəvət olunub

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının heyətinə daha bir futbolçu dəvət edilib.

AFFA-nın məlumatına görə, “Qarabağ”ın üzvü Qurban Məhərrəmov U-19-un hazırlığına qoşulub.

Qeyd edək ki, U-19 bu gün yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00-da) "Alanyaspor" klubunun müvafiq yaş qrupuna aid komandası ilə yoxlama oyunu keçirəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}