"Leqanes"in futbolçusu "Qarabağ"a transfer olunub - Fotolar
Tarix: 23-01-2020 15:32 | Bölmə: İdman
"Leqanes"in futbolçusu "Qarabağ"a transfer olunub

"Qarabağ" La Liqa təmsilçisi "Leqanes"in futbolçusu Ovusu Kvabenanın transfer etdiyini açıqlayıb.

Reyting.az
xəbər verir ki, klub rəsmi "Feysbuk" səhifəsində qanalı hücumçunun Ağdam klubunun forması ilə şəklini paylaşıb və "Xoş gəldin, Ovusu!" yazıb.

Məlumata görə, Ağdam təmsilçisi "Leqanes"dən transfer etdiyi 22 yaşlı hücumçu ilə 3,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, mövsümün ilk yarısını icarə əsasında İspaniyanın "Kordoba" klubunda keçirən qanalı futbolçu 17 oyunda 6 qola imza atıb. O, ölkəsinin əsas millisində də 4 oyuna çıxıb.

"Leqanes"in futbolçusu "Qarabağ"a transfer olunub"Leqanes"in futbolçusu "Qarabağ"a transfer olunub




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}