"Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər
Tarix: 23-01-2020 20:27 | Bölmə: İdman
"Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər

"Mançester Siti" klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Buna səbəb Premyer Liqa təmsilçisinin saxtakarlığa yol verməsidir.

"Guardian" nəşri "şəhərlilər"in Maliyyə Feyr-Pley qaydalarını pozduğunu iddia edib.

Araşdırma nəticəsində klubun 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər barədə yanlış məlumat yaydığı üzə çıxıb. UEFA həmin vaxt 49 milyon funt-sterlinq məbləğində cərimə kəssə də, klub qitə futbol qurumuna saxta sənədlərlə borcun bağlandığını çatdırıb.

Sponsorluq müqavilələrinin çoxu klubun sahibi şeyx Mansurun şirkətləri ilə əlaqəlidir. Bundan başqa, ingilislər 2012 və 2013-cü illər üçün bank hesablarına daxilolmalar barədə arayış təqdim etməyib. Həmin dönəmdə UEFA-nın bu iş üçün ayırdığı nümayəndələr isə sonradan istefa vermişdilər.

Hazırda məsələ ilə bağlı araşdırma davam edir. "Mançester Siti" təqsirkar bilinərsə, Çempionlar Liqasından kənarlaşdırılacaq/APAsport.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}