07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Borrusiya”nın futbolçusu Almaniya çempionatında rekord müəyyənləşdirdi
Tarix: 25-01-2020 14:05 | Bölmə: İdman
“Borrusiya”nın futbolçusu Almaniya çempionatında rekord müəyyənləşdirdi

Dortmundun “Borrusiya” klubu Almaniyanın futbol üzrə çempionatının 19-cu turunda “Köln”ü darmadağın edib.

Reyting.az
xəbər verir ki, görüş meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qaliblərin heyətində qolları Rafael Qerreyro (1-ci dəqiqə), Marko Roys (29), Ceydon Sanço (48) və 65-ci dəqiqədə meydana daxil olan Erpinq Holand (77, 87-ci) vurublar.
Qalib komandanın yeganə qolunu 65-ci dəqiqədə rəqib qapısından Mark Ut keçirib.

19 yaşlı Holand “Borrusiya”nın heyətində ilk oyunçudur ki, ilk dəfə meydana çıxdığı iki oyunda 5 qol vurmağa nail olub. Bunun üçün ona 57 dəqiqə kifayət edib ki, bu da Bundesliqada rekord olub.

“Borrusiya” bu qələbədən sonra 36 xal toplayaraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Köln” 19 oyundan sonra 20 xalla 13-cü sıradadır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}