"Zirə" komandası "Keşlə"ni böyük fərqlə məğlub edib
Tarix: 26-01-2020 19:26 | Bölmə: İdman
"Zirə" komandası "Keşlə"ni böyük fərqlə məğlub edib

"Zirə" komandası təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.

"Zirə" bu dəfə "Keşlə"nin əvəzedici komandası ilə qarşılaşıb. Görüş "Zirə"nin böyük hesablı qələbəsi ilə başa çatıb - 6:1.

Premyer Liqa təmsilçisinə qələbə qazandıran qolları Ağabala Ramazanov, Davit Volkov, Əli Şirinov, Adrian Skarlatake və dubla imza atan Xulio Sezar Rodriqes vurub.

Reyting.az




Bölməyə aid digər xəbərlər