Məşhur idmançı helikopter qəzasında öldü
Tarix: 27-01-2020 09:48 | Bölmə: İdman
Məşhur idmançı helikopter qəzasında öldü

Dünyaca məşhur basketbolçu Kobe Bryant helikopter qəzası nəticəsində dünyasını dəyişib.

Reyting.az
xəbər veir ki, bu barədə xarici KİV-lər məlumat yayıblar.

Məlumata görə, hadisə Kaliforniyada baş verib.

Ehtimala görə, qəzaya düşən "Sikorsky S-76" tipli helikopterin içində "Los Angeles Lakers"in əfsanəsinin qızı Gianna da daxil olmaqla, üç sərnişin və pilot olub. Onlardan heç biri sağ qalmayıb.

Qeyd edək ki, "Black Mamba" ləqəbli basketbolçunun 41 yaşı var idi. O, karyerasını 2016-cı ildə başa vurmuşdu.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}