Azərbaycan-Monteneqro oyununun yeri dəyişdirilib
Tarix: 28-10-2020 18:12 | Bölmə: İdman
Azərbaycan-Monteneqro oyununun yeri dəyişdirilib

UEFA Azərbaycan yığmasının Millətlər Liqasının 5-ci turunda Monteneqroya qarşı keçirəcəyi oyunun yerini dəyişdirib.

AFFA xəbər verir ki, qarşılaşma noyabrın 14-də Xorvatiyanın Zapreşiç şəhərindəki “Ivan Laljak-Ivić” stadionunda olacaq.

Qeyd edək ki, UEFA daha əvvəl oyunun Xorvatiyanın paytaxtı Zaqrebdəki Maksimir stadionunda keçiriləcəyini açıqlamışdı.

Xatırladaq ki, UEFA Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq millimizin ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Komandamızın 4-cü turda Kiprlə görüşü (0:0) Albaniyanın Elbasan şəhərində olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}