13:59 / 27-11-2024
Gömrük tarifləri dəyişib
12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Əfran İsmayılov: "Test müsbət çıxıb, amma heç nəyim yoxdur, yeyib-içirəm"
Tarix: 23-11-2020 13:36 | Bölmə: İdman
Əfran İsmayılov: "Test müsbət çıxıb, amma heç nəyim yoxdur, yeyib-içirəm"

"İlk testim müsbət çıxdı. Bu gün, ya sabah növbəti dəfə analiz götürəcəklər. İkinci testin nəticəsi bəlli olanadək məşqlərdə iştirak etməycəyəm".

Bu fikirləri "Səbail" klubunun futbolçusu Əfran İsmayılov koronavirusa yoluxması barədə danışarkən deyib.

32 yaşlı yarımmüdafiəçisi xəstəliyin heç bir sipmtomunu hiss etmədiyini bildirib: "Virusa necə yoluxduğumu bilmirəm. Amma onu deyim ki, heç bir narahatlıq hiss etmirəm. Rahat oturmuşam, yeyib-içirəm, evin içində gəzib-dolanıram. Hər hansı əlamət olsa idi, deyərdim ki, belim, başım ağrıyır, qızdırmam var. Məndə bunların heç biri yoxdur. Test necə müsbət çıxa bilər, baş açmıram".

Qeyd edək ki, "Səbail"də son olaraq 4 futbolçunun koronavirus testi müsbət nəticə verib/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər